İşarələr danışır

Uşaqlıqdan nöqtəli-vergüllü, suallı-nidalı cümlələr qurmuşuq, söhbətlər etmişik, mətnlər oxumuşuq, danışmışıq. Bir növ nitqimizdə də sözləri harda necə səsləndirməyi, onu tələffüz etməyi bu işarələrin köməkliyi ilə ifadə edə bilmişik. Hərdən bəzi kitablar, jurnallar hansısa nəşrlər durğu işarələrinin çoxundan imtina etsə də, onları oxuyub səsləndirərkən yenə də fasilə etdikdə, vergülü xatırlayırıq.

Davamı →

Durğu işarələrinin yazıda işlənməsi məqamları haqqında

Dilin, dilçiliyin elə sahələri var ki, onlar daha çox mütəxəssislərin marağına daxildir, onların araşdırmalarının obyekt və predmeti kimi götürülür. Bunlar sırf elmi-nəzəri problemlərdir: morfologiya, sintaksis, leksikologiya, etimologiya, semantika, habelə qrammatikanın bir sıra başqa məsələləri və s. Amma dilçilik elminin əməli, tətbiqi sahələri, bölmələri də var ki, yalnız dilçi alimlərə, mütəxəssislərə deyil, bütövlükdə tədris işi ilə məşğul olan, ondan həmişə istifadə edən bütün insanlara: hüquq, təhsil, mətbuat, mədəniyyət, siyasət, iqtisadiyyat və b. sahələri təmsil edən şəxslərə də lazımdır. Bunların sırasına nitq mədəniyyəti, dilin orfoqrafiya (imla) qaydaları, orfoepiya (ədəbi tələffüz) məsələləri, dildə işlənən durğu işarələri (geniş mənada bu işarələrdən istifadə qaydaları və ya bu qaydaların məcmuyu — başqa cür desək, punktuasiya) daxildir.


Davamı →

İtirilmiş durğu işarələri

Bir gün insan vergülü itirdi. O zaman fikirləri bir-birinə qarışdı, mürəkkəb cümlələr qurmaqdan qorxdu. Bəsit cümlələr qurmağa başladı. Cümlələri bəsitləşdikcə fikirləri də bəsitləşdi.

Nöqtəni itirdi… Fikirləri uzandıqca uzandı. İfadə edə bilmədi özünü.

Başqa bir gün nidanı itirdi. Səs tonunu dəyişdirmədən danışmağa başladı, monotonlaşdı. Ətrafda baş verən heç bir şey onda kiçik bir həyəcan belə doğura bilmədi. 
Sevincini, qəzəbini- bütün duyğularını itirdi.

Sual işarəsini itirdiyi andan sual verməyi unutdu. Hər şeyi olduğu kimi qəbul etməyə başladı. nə dünya, nə insanlar, nə də həyat onu maraqlandırmırdı.

İki nöqtəni itirdi və heç nəyi aydınlaşdırmaq ehtiyacı duymadı.

Ömrünün sonunda əlində ancaq dırnaq işarəsi qalmışdı, onun da içində başqalarının fikirləri…
Davamı →